Donald Tramp – Si Dzinpin çox da uzaq olmayan gələcəkdə Amerika Birləşmiş Ştatlarına gələcək

12:09, 18.03.2025

 
ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Dzinpinin ola bilsin, yaxın gələcəkdə danışıqlar üçün Amerika Birləşmiş Ştatlarına səfər edəcəyini bildirib. Bu haqda Tramp Vaşinqtonda jurnalistlərlə danışarkən deyib.

“O, gələcək. Çox da uzaq olmayan gələcəkdə” – ABŞ Prezidenti qeyd edib.

Yanvar ayında prezident vəzifəsinə təyin olduqdan sonra Tramp Çindən ABŞ-a idxal edilən bütün məhsullara 20% vergi tətbiq edib. O bildirib ki, Pekin ABŞ-da qeyri-qanuni yolla fentanil istehsal etmək üçün istifadə edilən kimyəvi maddələrin ixracına nəzarət edə bilmir.
Buna baxmayaraq, Donald Tramp son həftələrdə Çin Prezidenti Si Dzinpinlə yaxşı münasibətdə olduğunu deyirdi.

Çin rüsumlara qarşı çıxır və narkotiklərə qarşı artıq əhəmiyyətli tədbirlər gördüyünü bildirir. Pekin buna cavab olaraq ABŞ ilə ticarətə bir sıra məhdudiyyətlər qoyub.
Donald Tramp beynəlxalq ticarətdə tarazlığı bərpa etmək üçün rüsumların zəruri olduğunu bildirir.

Oxşar