Donald Tramp – Si Cinpinlə həqiqətən böyük dostluq qurduq, bu münasibətlə fəxr edirik, hər iki millət üçün daha yaxşı gələcək yaratmaq naminə birlikdə işləməyə davam edəcəyik
May ayında Pekinə səfər etmək şərəfinə nail olduq, siz nümayəndə heyətimizi möhtəşəm və çox gözəl qonaqpərvərliklə qarşıladınız. İndi Melaniya və mən sizi Vaşinqtonda qəbul etmək şərəfinə nail olduq. Prezident Si Cinpin Amerikaya ikinci rəsmi səfər edən ilk Çin lideridir – bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Çin Prezidenti Si Cinpinlə görüşü zamanı açıqlayıb.
Ağ Ev liderinin sözlərinə əsasən, onu Si Cinpinlə böyük dostluq bağlayır.
Trampın bəyanatına əsasən, Si Cinpinin Ağ Evdə sonuncu dəfə olmasından bəri ABŞ-da çox şey dəyişib. Donald Tramp həmçinin qeyd edib ki, Vaşinqton və Pekin tərəfdaşlıqları ilə çox fəxr edirlər.
“2016-cı ildə ilk dəfə seçildiyim vaxtdan bəri prezident Si Cinpinlə reallıqda qarşılıqlı hörmətə və xalqlarımızın həyati maraqlarına əsaslanan dostluq, həqiqətən böyük dostluq qurduq. Qeyd etmək lazımdır ki, bu, bizim burada, Ağ Evdəki ilk görüşümüzdür və prezident Si Cinpinin artıq gördüyü kimi, onun buradakı sonuncu səfərindən bəri çox şey dəyişib. Bizim iki ölkə həqiqətən eyni işi görür və biz bununla, bu münasibətlə çox fəxr edirik. Əsrlər əvvəl əcdadlarımızın ticarət, təhsil və daha yaxşı dünya qurmaq üçün okeanı keçdikləri kimi, Çinlə Birləşmiş Ştatlar arasındakı münasibətlər və mədəni mübadilə həqiqətən inanılmazdır. Bizim iki ölkə həqiqətən eyni işi görür və biz bu münasibətlə çox fəxr edirik” – Tramp bildirib.
Onun izahatına əsasən, rəsmi səfər çərçivəsində bir çox məsələlər müzakirə olunacaq. Tramp bəyan edir ki, Amerika və Çin xalqlarının daha yaxşı gələcəyi üçün çalışmağa davam etməyə hazırdır.
“Komandalarımız daha balanslaşdırılmış ticarət əlaqələrini, o cümlədən amerikalı fermerlər və heyvandarlar üçün bazara yeni çıxış imkanlarını təşviq etmək istiqamətində işləyirlər. Səfər zamanı biz həmçinin təhlükəsizlik, texnologiyalar və superintellekt kimi aktual məsələləri də müzakirə edəcəyik. Bu gün bu sahələrdə qəbul edilən qərarlar gələcək onilliklər ərzində sülhə və rifaha kömək edəcək. Mən və prezident Si hər iki millətimiz üçün daha yaxşı gələcək qurmaq naminə birlikdə işləməyə davam edəcəyik” – Tramp bildirib.