Donald Tramp - Sabahkı gün məşğuluq, lakin həyatları xilas etmək üçün cədvəli dəyişməyə hazıram, İstanbula getməyi düşünəcəyəm
Donald Tramp - Sabahkı gün məşğuluq, lakin həyatları xilas etmək üçün cədvəli dəyişməyə hazıram, İstanbula getməyi düşünəcəyəm

 

ABŞ Prezidenti Donald Tramp mayın 15-də İstanbulda Ukrayna-Rusiya danışıqlarına getməyi istisna etməyib.

“Putinin İstanbula getməyimi istədiyini bilirəm. Bu mümkündür, əgər biz müharibəni sona çatdıra bilsək. Mən bu barədə düşünəcəyəm. Bu, müharibənin bitməsi üçün imkandır. Sabahkı gün tam məşğuluq, lakin həyatları xilas etmək üçün cədvəli dəyişməyə hazıram” – Tramp bir saylı göyərtədə jurnalistlərlə danışarkən bildirib.

Məlumat üçün bildirək ki, Donald Tramp mayın 13-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib. Donald Tramp mayın 14-də Qətərə səfər edəcək və görüşlərini mayın 15-də Birləşmiş Ərəb Əmirliklərində başa vuracaq.

Bundan əvvəl, Tramp danışıqlar günü İstanbula ola bilsin şəxsən gedəcəyini istisna etməyib.