Donald Tramp rüsumlarla bağlı danışıqlar aparmaq üçün Avropaya şərtlər qoyub
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ “hər il çox pul ödəməsə” Avropa ilə rüsumların dəyişdirilməsi barədə danışıqlar aparmayacaq. Tramp bu haqda jurnalistlərə “Air Force One”un göyərtəsində deyib.
Britaniyanın “Guardian” qəzetinin məlumatına əsasən, Tramp deyib ki, Avropa danışıqlar masası arxasında əyləşmək istəyir, lakin onun sözlərinə əsasən, “Avropa hər il çox pul ödəməyə başlamasa” bu baş verməyəcək.
“Hələlik, bu gün üçün, amma həm də keçmiş üçün, çünki onlar bizim zənginliyimizin böyük hissəsini apardılar və biz buna artıq imkan verməyəcəyik, Birləşmiş Ştatlar ticarətdə 1,9 trilyon dollar itirə bilməz.
Bizim buna haqqımız yoxdur, xüsusilə Avropa ölkələrini qorumaq üçün NATO-ya çox pul xərclədiyimizi nəzərə alarsaq. Biz onları hərbi nöqteyi-nəzərdən əhatə edirik və eyni zamanda, ticarət zərəri çəkirik” – Tramp bildirir.
Həmçinin, Tramp Avropanın ABŞ-la “çox, çox pis rəftar etdiyini” və “Amerikalı liderləri aldatdığını” təkrarlayıb.
“Bilirsiniz, Avropa Birləşmiş Ştatlarla ticarətdə həm də nəhəng profisitə sahibdir. Avropa bizimlə ola bilsin, bir az yumşaq davranırdı, lakin yenə də çox, çox pis davranırdı. Çin – bəli, lakin Avropa da eyni şəkildə. Avropa çox, çox pis davranırdı, çünki o, bizim liderlərimizi aldadıb” – ABŞ Prezidenti qeyd edib.