Donald Tramp Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb

10:48, 28.02.2025

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı 2014-cü ildən tətbiq edilən sanksiyaları daha bir il uzadıb. ABŞ Federal Reyestrində yerləşdirilən müvafiq əmrin fevralın 28-də dərc edilməsi planlaşdırılır.

ABŞ prezidenti Donald Tramp Rusiyanın 2014-cü ildə Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiyaya qarşı tətbiq edilən fövqəladə vəziyyət və əlaqədar sanksiyaların müddətinin uzadılması haqqında sərəncam imzalayıb.

“Bu sərəncamlarda qeyd olunan hərəkətlər və siyasətlər ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə törətməkdə davam edir”. – Trampın sərəncamında deyilir.

Maraqlıdır ki, analoji olaraq eyni fövqəladə vəziyyət 2024-cü ildə ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən uzadılıb.

Oxşar