Donald Tramp Rusiyaya atəşkəs üçün verilmiş 50 günlük müddəti azaltmağı planlaşdırır
Donald Tramp Rusiyaya atəşkəs üçün verilmiş 50 günlük müddəti azaltmağı planlaşdırır

 

ABŞ Prezidenti Donald Tramp Rusiyaya atəşkəs üçün verilmiş 50 günlük müddəti azaltmağı planlaşdırır.

Prezidentin Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə təkbətək görüş başlamazdan əvvəl mediaya dediyi kimi, Rusiya Prezidentindən çox məyusdur.

Tramp 10-12 günə yeni müddət təyin edəcəyini bildirib.

“Mən Putinlə dəfələrlə danışdım. Onunla hər zaman yaxşı münasibətim olub. 4 və ya 5 dəfə danışdıq. Düşünürdük ki, həll etmişik. Sonra isə prezident Putin çıxır və başlayır hansısa şəhərə raketlər atmağa, məsələn Kiyevə və istər qocalar evində olsun, istərsə də başqa yerdə çoxlu insanı qətlə yetirir. Küçələrdə meyitlər var. Mən dedim ki, bu belə edilmir. Prezident Putindən çox məyusam. Ona verdiyim 50 günü azaltmaq niyyətindəyəm, çünki düşünürəm ki, artıq nə baş verəcəyini bilirəm” – Tramp bildirib.