Donald Tramp Rusiyanın yaxın gələcəkdə hansısa NATO ölkəsi ilə müharibəyə başlayacağına inanmadığını bildirib
ABŞ-nin Prezidenti Donald Tramp Rusiyanın yaxın gələcəkdə hansısa NATO ölkəsi ilə müharibəyə başlayacağına inanmadığını bildirib. Tramp bu haqda “Fox News”a şərhində deyib.
“Mən bununla razılaşmayacağam. Xeyr, düşünürəm ki, Putin dayanmaq istəyir. Bu mənim ona sualım idi, çünki davam etsəydi, bizim üçün böyük problem olardı. Düşünürəm ki, o, bunu tez bir zamanda bitirmək istəyir. Həm o, həm də Zelenski bunu bitirmək istəyir” – Donald Tramp qeyd edib.
Həmçinin, ABŞ-nin Prezidenti bildirib ki, Barak Obamanın dövründə Rusiya Ukraynanın xeyli ərazisini ala bilib, indi isə Rusiya hər şeyi aparmağa çalışır.
“Bu, həqiqətən də çox pisdir. Artıq bir çox insan həlak olub, bir çox şəhərlər dağıdılıb, min illik gözəl günbəzlər” – Tramp Ukraynada müharibənin dayandırılması ilə bağlı planlaşdırılan görüşdən əvvəl deyib.
Məlumat üçün bildirək ki, “NBC News”a danışan Volodimir Zelenski Rusiyanın Polşaya və ya Litvaya hücum hazırlaya biləcəyini açıqlayıb.