Donald Tramp – Rusiyanın böyük, güclü maşını var, Hitler və Napoleonu məğlub etdi, onlar uzun müddətdir mübarizə aparırlar, əvvəllər də bunu ediblər, lakin Putinin döyüşü dayandırmaq istədiyini düşünürəm

14:45, 17.02.2025

 

Düşünürəm ki, o, Vladimer Putin döyüşü dayandırmaq istəyir. Mən bunu görürəm. Biz çox danışdıq – bu haqda ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti ilə telefon danışığı ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib.

“ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof kifayət qədər uzun müddət, təxminən üç saat onunla birlikdə olub. Düşünürəm ki, o, döyüşü dayandırmaq istəyir. Onların böyük, güclü maşını var, bunu başa düşürsünüz. Hitler və Napoleonu məğlub etdilər. Onlar uzun müddətdir mübarizə aparırlar, əvvəllər də bunu ediblər. Lakin, Putinin döyüşü dayandırmaq istədiyini düşünürəm” – Donald Tramp bildirib.

Oxşar