Donald Tramp – Rusiya və Ukrayna ilk dəfədir razılaşmaya nail olmaq istəyirlər, bu gün telefon danışıqlarım oldu, bazar ertəsi və çərşənbə axşamı görüşlərimiz olacaq
Düşünürəm ki, Rusiya və Ukrayna ilk dəfədir razılaşmaya nail olmaq istəyirlər – bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbət zamanı açıqlayıb.
Onun sözlərinə əsasən, söhbət bütün Avropanı əhatə edən razılaşmadan gedir.
“Görünür, Rusiya və Ukrayna ilk dəfədir razılaşmaya nail olmaq istəyirlər. Biz görüşlər keçiririk. Bu gün telefon danışıqlarım oldu. Sabah da danışacağam. Bazar ertəsi və çərşənbə axşamı görüşlərimiz olacaq. Düşünürəm ki, bu, çox böyük razılaşma olacaq. Düşünürəm ki, o, bütün Avropanı əhatə edəcək. Bu, çox miqyaslı razılaşma olacaq” – Tramp qeyd edib.