Donald Tramp - Rusiya və Ukrayna arasında sülh danışıqlarında ola bilsin, nəsə yaxşı bir şey baş verir
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə əlaqəli sülh danışıqlarında ola bilsin “nəsə yaxşı bir şey” baş verdiyini bildirir. O, bu haqda özünün sosial şəbəkəsi “Truth Social”da yazıb.
“Rusiya və Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyişə nail olunması həqiqətən mümkündürmü??? Bunu görənə qədər inanmayın, lakin, ola bilsin, nəsə yaxşı bir şey baş verir. Tanrı Amerikanı qorusun!” – Donald Tramp özünün sosial şəbəkəsində yazır.
Ukraynada müharibəni bitirmək planı ilə bağlı dünən Cenevrədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin danışıqlarından sonra ABŞ dövlət katibi Marko Rubio danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiklərini, lakin üzərində işlənilməsi lazım olan məsələlərin olduğunu bildirib.