Donald Tramp – Rusiya-Ukrayna razılaşması ilə bağlı mənim son tarixim var, hər iki tərəf sülh istəyir, lakin onlar danışıqlar masasına gəlməlidirlər, uzun müddətdir gözləyirik
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna razılaşması ilə bağlı “özünün son tarixinin” olduğunu bildirib.
Bu barədə Donald Tramp Norveçin Baş naziri İonas Qahr Stiore ilə görüşündən əvvəl danışıb.
“Mənim özümün son tarixim var. Hər iki tərəf sülh istəyir, lakin onlar danışıqlar masasına gəlməlidirlər. Biz uzun müddətdir gözləyirik. Fikrimcə, razılaşmaya nail olacağıq. Mən 5 000 gənci xilas etmək istəyirəm. Bu dəhşətli müharibədə həftədə təxminən 5 000 gənc ölür. Bilirsinizmi, ilk öncə ödədiyimiz məbləği bəyənmədiyim üçün buna başladım, sonra nə qədər insanın öldüyünü anladım. Və bu, hazırda daha vacib elementdir” – Donald Tramp qeyd edib.