Donald Tramp – Rusiya-Ukrayna müharibəsinin başa çatması məqsədə insanların düşündüyündən daha yaxındır, prezident Putin bunun bitməsini istəyir

19:59, 06.07.2026

 

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatmasının məqsədə insanların düşündüyündən daha yaxın olduğunu bildirib.

Trampa Rusiyanın Kiyevə etdiyi və onunla Vladimir Putin arasında iyulun 4-də baş tutan telefon danışığından sonra reallaşan hücumla bağlı sual ünvanlanıb.

“Düşünürəm ki, Putin təzyiq hiss etmir. O, bunun bitməsini istəyir və Ukrayna da bitməsini istəyir. Danışıqlar aparırıq və baxaq görək bu dəhşəti bitirə biləcəyikmi. Düşünürəm ki, məqsədə insanların təsəvvür etdiyindən daha yaxınıq. Prezident Putin bunun bitməsini istəyir. Bunu qətiyyətlə deyirəm” – Tramp bildirib.

Oxşar