Donald Tramp - Rusiya-Ukrayna müharibəsini bitirmək mənim prioritetlərim siyahısında çox yüksək yerdədir
Donald Tramp - Rusiya-Ukrayna müharibəsini bitirmək mənim prioritetlərim siyahısında çox yüksək yerdədir

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsini bitirmək onun prioritetləri siyahısında çox yüksək yerdədir.

Tramp müharibəni bitirmək istədiyini bildirib, çünki “bu axmaq müharibədə hər ay 30 000 əsgər həlak olur”.

“Rusiya-Ukrayna məsələsinə gəlincə, prioritet siyahımda haradadır? Çox yüksək. Zənn edirdim ki, bu, ən asanlardan biri olacaqdı. Səkkiz müharibəni həll etmişəm, əslində bəlkə daha birini, lakin ən azı səkkiz müharibə. Zənn edirdim ki, bu xeyli asan olacaqdı. Prezident Putin və prezident Zelenski arasında çox böyük nifrət var. Çox böyük nifrət. Həyatımda çoxlu nifrət görmüşəm, lakin düşünürəm ki, bu, ən böyük nifrətdir. İnanıram ki, bu baş verəcək. Bəzən birini günahlandırıram, bəzən digərini. Düşünürəm ki, baş verəcək. Bu, siyahımda yüksək yerdədir, Amerika Birləşmiş Ştatlarına belə çox təsir etdiyinə görə yox, çünki çox uzaqdadır, ancaq görürəm ki, keçən həftə və son dörd həftə ərzində faktiki olaraq 32 000 əsgər həlak olub. Bu axmaq müharibədə hər ay 30 000 əsgər həlak olur. Bunun bitirməyi çox istəyirəm. Bu, İkinci Dünya Müharibəsindən bəri ən pisidir” – Tramp qeyd edib.