Donald Tramp Rusiya ilə bağlı “Graham Act” ilə nəzərdə tutulmuş bəzi sanksiya, məhdudiyyət və tarifin fəaliyyətini dayandıran icra sərəncamı imzalayıb

10:21, 17.10.2026

 

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı “Graham Act” ilə nəzərdə tutulmuş bəzi sanksiya, məhdudiyyət və tarifin fəaliyyətini dayandıran icra sərəncamı imzalayıb.

Müvafiq sərəncam Ağ Evin veb saytında dərc olunub.

“Konqresə belə bir istisnanın edilməsinin ABŞ-nin milli maraqlarına uyğun olduğuna dair təsdiq təqdim etdim” – Trampın sərəncamında qeyd olunub.

“Bloomberg”, Trampın Rusiyanın enerji daşıyıcılarının ixracı ilə bağlı tarifləri dayandırdığına dair məlumat verir. Nəşr yazır ki, bu dizelin qiymətini düşürmək cəhdini çətinləşdirirdi.

Fərman tarifləri formal olaraq təyin edir, lakin onların tətbiqini dayandırır, müvafiq olaraq Tramp daha sonra onları yenidən fəaliyyətə keçirə bilər.

Lindsi Qremin qanunu Trampa rus neftinin ən böyük beş alıcısının bütün mallarına 100 faiz tarif tətbiq etmək üçün 30 gün vaxt verdi. O, həmçinin Rusiyanın bir çox hüquqi şəxslərinə qarşı sanksiyaları və rus enerji daşıyıcılarının ABŞ-a idxalına 500 faizlik tarifin qoyulmasını nəzərdə tuturdu. 30 günlük müddət oktyabrın 18-də başa çatırdı.

Oxşar