Donald Tramp – Rusiya danışıqlarda bir az daha çox “kozır”a malikdir, çünki o, çox ərazini ələ keçirib
ABŞ-nin Prezidenti Donald Tramp bildirib ki, Rusiyanın Ukraynada müharibəni bitirmək üçün istənilən sülh danışıqlarında “kozır”lara malik olduğuna inanır, çünki Rusiya “çox ərazini ələ keçirib”.
“Düşünürəm ki, ruslar bu müharibəni bitirmək istəyirlər, həqiqətən belə düşünürəm. Düşünürəm ki, onların bir az daha çox “kozır”ları var, çünki onlar çox ərazini ələ keçiriblər” – Tramp bildirib.
“BBC”nin jurnalistinin sülh istədiyini iddia edən Rusiyaya Trampın güvənib-güvənmədiyi ilə bağlı sualına Amerikanın Prezidenti cavab verib: “İnanıram”.
Məlumat üçün bildirək ki, ABŞ-nin Prezidenti Floridada çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskini ikinci dəfə “diktator” adlandırıb. O, bu haqda daha əvvəl “Truth Social” sosial şəbəkəsində yazıb.
Ağ Evin rəsmi nümayəndəsi Trampın sosial şəbəkədəki paylaşımının Zelenskinin ABŞ Prezidentinin “dezinformasiya məkanında” yaşadığına dair sözlərinə birbaşa cavab olduğunu bildirib.