Donald Tramp – Rus-Ukrayna müharibəsinin ölkəmizə vurduğu ziyana baxın, 350 milyard dollar xərcləmişik, artıq pul xərcləmirik, indi onlar NATO-nun yardımı ilə bizə ödəyirlər
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Rus-Ukrayna müharibəsi Amerikaya ziyan vurub. Bu barədə Tramp Oval kabinetdə jurnalistlərlə söhbətində bildirib.
Trampın dediyinə görə, əgər o prezident olmasaydı, Rus-Ukrayna müharibəsi Üçüncü Dünya Müharibəsinə çevriləcəkdi.
“Səkkiz müharibəni bitirdim, doqquzuncunu da bitirəcəyəm. Rus-Ukrayna müharibəsinin ölkəmizə vurduğu ziyana baxın. Biz 350 milyard dollar xərcləmişik. Artıq pul xərcləmirik. Onlar indi NATO-nun köməyi ilə bizə ödəyirlər. Prezident olanda dünyaya həqiqətən nəzarət etməlisən, çünki bu işə cəlb olunursan. Əks halda səni dünya müharibəsinə çəkəcəklər. Mən prezident olmasaydım, bu müharibə Üçüncü Dünya Müharibəsinə çevriləcəkdi. Geri qayıdanda şokda idim, çünki vəziyyət Üçüncü Dünya Müharibəsinə doğru gedirdi,” – deyə ABŞ prezidenti bildirib.