Donald Tramp Reyqan Milli Hava Limanı yaxınlığında təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib və onların ailə üzvlərinə başsağlığı verib

22:13, 30.01.2025

 

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Reyqan Milli Hava Limanı yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib və qurbanların ailə üzvlərinə başsağlığı verib.

Prezident hadisədən faciə olaraq bəhs edib və bütün gecə boyu hadisə yerində yerli və federal hökumət, eləcə də silahlı qüvvələr və Sahil Mühafizəsinin iştirakı ilə fasiləsiz axtarış-xilasetmə əməliyyatının aparıldığını bildirib.

“Birinci xanım, öz adımdan və 340 milyon amerikalının adından qəlbimiz sınıb və yanınızdayıq, sizin üçün dua edirik” – Tramp deyib.

Trampın qeyd etdiyi kimi, toqquşmaya nəyin səbəb olduğunu bu mərhələdə bilmədiklərinə baxmayaraq, onların bəzi fikirləri var və istintaq belə bir şeyin bir daha təkrarlanmaması üçün nə baş verdiyini müəyyən edəcək.

Oxşar