Donald Tramp respublikaçılara müraciət edib - Siz aralıq seçkilərdə qalib gəlməlisiniz, qalib gəlməsək, demokratlar impiçmentim üçün səbəb tapacaqlar, məni istefaya göndərəcəklər
ABŞ Prezidenti respublikaçıları 2026-cı ilin aralıq seçkilərində qalib gəlməyə çağırıb. Bu haqda Donald Tramp Vaşinqtonda Respublikaçılar Partiyasının üzvləri qarşısında danışarkən deyib.
Tramp, əgər respublikaçılar bu seçkilərdə qalib gəlməsələr, demokratların ona impiçment təşkil edəcəyini bildirib.
“Siz aralıq seçkilərdə qalib gəlməlisiniz, çünki aralıq seçkilərdə qalib gəlməsək, onlar impiçmentim üçün səbəb tapacaqlar, məni istefaya göndərəcəklər” – Tramp qeyd edib.
ABŞ Prezidenti respublikaçı həmkarlarını gender siyasəti, səhiyyə və seçki islahatları kimi məsələlərdə daha vahid şəkildə mübarizə aparmağa çağırıb.
“Deyirlər ki, prezidentliyi qazananda aralıq seçkilərini itirirsən” – Tramp bildirib.