Donald Tramp – Respublikaçılar Nümayəndələr Palatasında və Senatda çoxluğu qoruyub saxlasalar, ABŞ-ın hər bir yetkin vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm

11:11, 10.09.2026

Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkilərdə respublikaçıların qələbə qazanacağı təqdirdə, hər bir yetkin amerikalıya 5 min dollar ödəyəcəyinə söz verib.
“Respublikaçılar ABŞ Nümayəndələr Palatasında və Senatda çoxluğu qoruyub saxlasalar, əldə etdiyimiz inanılmaz iqtisadi uğur sayəsində Amerika Birləşmiş Ştatlarının hər bir yetkin vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm”, – deyə ABŞ Prezidenti bildirib.

“Bloomberg”in hesablamalarına görə, belə ödənişlər ABŞ büdcəsinə bir trilyon dollardan baha başa gələcək.

Donald Trampın sözlərinə görə, bu ödəniş uğurlu şirkətlərin investorlarına verdiyi dividendlərə bənzəyəcək.

Bununla yanaşı, Tramp bu vəsaitin ABŞ ərazisində xərclənməli olduğunu vurğulayıb.

“İstəmirik ki, Kanadaya gedib bu pulu orada xərcləyəsiniz. İstəmirik ki, Çinə və ya Almaniyaya gedəsiniz. Siz bu pulu ABŞ-da xərcləməlisiniz”, – deyə ABŞ Prezidenti bildirib.

Oxşar