Donald Tramp - Rejimi Yaxın Şərqə bu qədər ölüm gətirən İrana da dostluq və əməkdaşlıq əlini uzadırıq, onlar razılaşma istəyirlər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran sülh sazişi bağlamaq istəyir.
Prezident İsrail Parlamentində çıxışı əsnasında qeyd edib ki, Amerika Birləşmiş Ştatları İranın nüvə obyektlərini bombalamasaydı, İsrail və Qəzza arasında sülh razılaşması bağlamaq imkansız olacaqdı.
“Dostluq və əməkdaşlıq əli uzadılıb. Rejimi Yaxın Şərqə bu qədər ölüm gətirən İrana da dostluq və əməkdaşlıq əlini uzadırıq: Mən sizə deyirəm, onlar razılaşma istəyirlər. Dünyanın bu hissəsi və İran liderləri üçün terrorçulardan imtina etməkdən, qonşuları təhdid etməyi dayandırmaqdan və marionet rejimləri maliyyələşdirməyi dayandırmaqdan və sonda İsrailin mövcudluq hüququnu tanımaqdan daha yaxşı heç nə ola bilməz. Siz hazır olanda biz hazırıq və bu, İran üçün ən yaxşı qərar olacaq” – Tramp Knessetdəki çıxışında bildirib.