Donald Tramp - Radikal solçu fəlakət, "Antifa"nı əsas terror təşkilatı elan edirəm
ABŞ Prezidenti Donald Tramp antifaşist hərəkatı “Antifa”nı terror təşkilatı elan edib.
O, “Antifa”nı əsas terror təşkilatı elan etdiyini deyib.
“Mən “Antifa”nı, xəstə, təhlükəli, radikal solçu fəlakəti əsas terror təşkilatı elan etdiyimi çox saylı ABŞ-lı vətənpərvərlərimizə bildirməkdən məmnunam. Həmçinin, “Antifa”nı maliyyələşdirənlərin ən yüksək hüquqi standartlara və təcrübəyə uyğun olaraq hərtərəfli araşdırılmasına dair qəti tövsiyə verəcəm” – Tramp sosial şəbəkədə yazır.