Donald Tramp - Qəzzada atəşkəs razılaşmasına heç nə təhlükə yarada bilməz
ABŞ Prezidenti Donald Tramp Qəzza sektorunda atəşkəs razılaşmasına heç nəyin təhlükə yarada bilməyəcəyini deyib.
O, İsrailin hərəkətinin “HƏMAS” tərəfindən israilli əsgərin öldürülməsinə cavab olduğunu bildirib.
“Onlar israilli əsgəri öldürdülər, buna görə də israillilər cavab zərbəsi endirdilər və onlar hərəkətə keçməli idilər” – Tramp bildirib.
ABŞ Prezidenti bildirib ki, “HƏMAS” Yaxın Şərqdə əldə edilən sülh razılaşmasının “çox kiçik bir hissəsidir”.
“Əgər onlar yaxşı davranmasalar, məhv ediləcəklər. Onların həyatına son qoyulacaq və bunu dərk edirlər” – Tramp qeyd edib.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Qüvvələrinə “Qəzza sektoruna dərhal və güclü zərbələr endirməyi” əmr etdikdən sonra İsrail Qəzza şəhərinə hücum edib. Ən azı 30 nəfər həlak olub. İsrail mediasının yazdığı kimi, qeyd olunan qərarı “HƏMAS” tərəfindən atəşkəsin şərtlərinin növbəti dəfə pozulmasına görə qəbul ediblər.