Donald Tramp Qəzza sektorundakı cari müharibənin bitməsi və girovların azad edilməsi ilə bağlı çox uğurlu danışıqların aparıldığını bildirir
ABŞ Prezidenti Donald Tramp Qəzza sektorundakı cari müharibənin bitməsi və girovların azad edilməsi ilə bağlı çox uğurlu danışıqların aparıldığını bildirib.
“HƏMAS” və bütün dünya ölkələri (ərəblər, müsəlmanlar və başqaları) ilə bu həftə sonu girovların azad edilməsi, Qəzzada müharibənin bitməsi və ən əsası Yaxın Şərqdə sülhün bərqərar olması məqsədilə çox müsbət danışıqlar aparıldı. Bu danışıqlar çox uğurludur və sürətlə gedir” – Tramp sosial şəbəkədə yazır.
O, bu gün texniki qrupların Misirdə yekun detalları dəqiqləşdirmək və müzakirə etmək üçün yenidən görüşəcəyini bildirib.
“Mənə deyirlər ki, birinci mərhələ bu həftə başa çatmalıdır və mən hamıdan tez hərəkət etmələrini xahiş edirəm. Mən bu əsrlik “münaqişə”nin monitorinqinə davam edəcəyəm. Zaman çox vacibdir, yoxsa kütləvi qan axıdılması heç kimin görmək istəmədiyi şeylə müşaiyət olunacaq!” – Tramp bildirir.