Donald Tramp – Qəzza məsələsi hazırda ABŞ, “Həmas” və İsrail arasında aparılan genişmiqyaslı danışıqların mərkəzindədir, əslində, bu prosesə İran da qoşulub, biz girovların geri qaytarılmasını istəyirik

ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə görə, İsrail və “Həmas” arasında atəşkəsə dair aparılan danışıqlara İran da cəlb olunub.

Bu barədə Tramp jurnalistlərə açıqlama verib.

“Hazırda Qəzza məsələsi bizim, “Həmas”ın və İsrailin arasında gedən genişmiqyaslı danışıqların mərkəzindədir və əslində, İran da bu prosesdə iştirak edir. Qəzza ilə bağlı nə baş verəcəyini görəcəyik. Biz girovların geri qaytarılmasını istəyirik. Sizə deyə biləcəyim yeganə şey budur,” – deyə Tramp bildirib.

Tramp əlavə detalları şərh etməkdən imtina edib.