Donald Tramp - Putinlə görüşün uğurlu olmaması ehtimalı 25 faizdir
Donald Tramp - Putinlə görüşün uğurlu olmaması ehtimalı 25 faizdir

 

Putinlə görüşün uğurlu olmaması ehtimalı 25 faizdir – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Fox Radio”ya müsahibəsində jurnalistin görüşün uğursuz sayılacağı nəsə ssenarinin olub-olmaması ilə bağlı sualına Tramp belə cavab verib: “Bəli, bunun ehtimalı 25 faizdir”.

“Bu görüş ikinci görüşə hazırlıqdır. İkinci görüş çox, çox vacib olacaq, çünki bu, onların razılığa gələcəyi görüş olacaq” – Tramp qeyd edib.

ABŞ Prezidenti bildirib ki, sərhədlər və torpaqlarda “alma-güzəştə getmə” ikinci görüş zamanı olacaq. Onun sözlərinə əsasən, sabahkı görüş “şahmat oyununa bənzəyir”.

Bununla yanaşı, ABŞ Prezidenti görüşün yaxşı bitməyəcəyi təqdirdə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

“Bəli, bu həll olunmasa, belə edəcəm” – Tramp bildirib.