Donald Tramp - Putindən çox məyusam
Donald Tramp - Putindən çox məyusam

 

Rusiya Prezidenti Vladimer Putindən çox məyusam – bu barədə ABŞ Prezidenti Donald Tramp “THE SCOTT JENNINGS RADIO SHOW”a telefon bağlantısı zamanı deyib.

“Onunla hər zaman əla münasibətim olub. Çox məyusam. Minlərlə insan ölür. Amerikalılar ölmür, onlar ruslar və ukraynalıdırlar. Mən prezident olsaydım, bu müharibə başlamazdı. Görək, nə olacaq, lakin prezident Putindən çox məyusam” – Tramp bildirib.

ABŞ Prezidenti bildirib ki, “insanların yaşamasına kömək etmək üçün hər şeyi edəcək”.

“İnsanların yaşamasına kömək etmək üçün hər şeyi edəcəyəm. Məsələ Ukrayna ilə bağlı deyil, bu, insanların yaşaması üçündür. Hər həftə 7 000 insan həlak olur, əksəriyyəti əsgərdir. Düşünürəm ki, bunu dayandıra bilərəm və bunu etməyə borcluyam” – Tramp bildirib.