Donald Tramp - Putin və Zelenskinin mən olmadan görüşməsi, daha yaxşı olar
Donald Tramp - Putin və Zelenskinin mən olmadan görüşməsi, daha yaxşı olar

 

Putin və Zelenskinin mən olmadan görüşməsi, daha yaxşı olar – bu barədə ABŞ Prezidenti Donald Tramp Mark Levin şousunda deyib.

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə çox uğurlu görüşüm oldu və indi düşünürəm ki, onların mən olmadan görüşməsi, daha yaxşı olar, nə baş verəcəyini görmək istəyirəm. Bilirsiniz, onların münasibətləri çətin idi, çox pis, çox pis münasibətlər. İndi isə görək, bunun öhdəsindən necə gələcəklər. Lazım gələrsə, və yəqin ki, elə olacaq, lazım gələrsə, mən gedəcəyəm və yəqin ki, görüşü yekunlaşdırmağı bacaracağam. Sadəcə olaraq, görüşdə nə baş verəcəyini görmək istəyirəm. Belə ki, onlar hazırda görüşü planlaşdırmaq prosesindədirlər və nə baş verəcəyini görəcəyik” – Tramp bildirib.