Donald Tramp - Putin üçün çətin müharibədir, çoxlu əsgər itirib, bəlkə də milyon, Ukrayna üçün də çətindir, hər ikisi üçün çətindir, bəzən onlara döyüşmək hüququ verməlisən
ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, Rusiya Prezidenti Vladimer Putinin Ukraynadakı müharibəni bitirməyə hazır olmadığını ona sübut edəcək “son damla” yoxdur.
Putinin müharibəni bitirməyə hazır olmadığını açıq şəkildə göstərəcək o son damlanın nə olacağı ilə bağlı suala, Tramp belə bir şeyin olmadığı cavabını verib.
“Son damla yoxdur. Bəzən onlara döyüşmək hüququ verməlisən, onlar isə döyüşür və döyüşürlər. Bu, Putin üçün çətin müharibədir. Çoxlu əsgər itirib, bəlkə də milyon. Bu, çox əsgərdir. Ukrayna üçün də çətindir. Hər ikisi üçün çətindir. Bəzən onlara döyüşmək hüququ verməlisən” – Tramp bildirib.