Donald Tramp – Putin tərəfindən elan olunan üçgünlük atəşkəs böyük uğur kimi görünməyə bilər, amma bu, başladığımız nöqtə ilə müqayisədə çox böyük addımdır
Donald Tramp – Putin tərəfindən elan olunan üçgünlük atəşkəs böyük uğur kimi görünməyə bilər, amma bu, başladığımız nöqtə ilə müqayisədə çox böyük addımdır

ABŞ prezidenti Donald Tramp, Vladimir Putin tərəfindən elan olunan qondarma üçgünlük atəşkəslə bağlı bildirib ki, “bu, əvvəllə müqayisədə çox böyükdür”. Bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı danışıb.

Rusiya-Ukrayna müharibəsi kontekstində sülh səylərindən danışarkən Tramp qeyd edib ki, razılaşmaya nail olmaq üçün yaxşı mövqedədirlər.

“Bildiyiniz kimi, Putin bu yaxınlarda üçgünlük atəşkəs elan etdi. Bu, bəlkə də böyük uğur kimi görünməyə bilər, amma əgər haradan başladığımızı bilsəniz, bunun nə qədər əhəmiyyətli olduğunu anlayarsınız”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, onun fikrincə, əvvəlcə Rusiya heç bir atəşkəsə hazır deyildi, çünki onun sələfi Co Bayden üç il ərzində Putinlə heç bir danışıq aparmamışdı.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi ilə bağlı 9-11 may tarixlərində Ukraynada atəşin dayandırıldığını elan edib.