Donald Tramp – Prezidentliyin ilk günündən biz bu transgender çılğınlığını dayandırmağı planlaşdırırıq, yalnız iki cins, kişi və qadın cinsinin olması ABŞ hökumətinin rəsmi siyasəti olacaq

10:27, 23.12.2024

 

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Ağ Evə qayıdacağı ilk gündə yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsinin qadağan edilməsi haqda icra sərəncamı imzalayacağını bildirib.

“İlk gündən biz bu transgender çılğınlığını dayandırmağı planlaşdırırıq. Uşaqların cinsi şikəstliyi ilə bağlı icra sərəncamları imzalayacağam, transgenderləri silahlı qüvvələrdən, ibtidai, orta və son siniflərdən uzaqlaşdıracağam” – Tramp bildirib.

Həmçinin, o, kişilərin qadın idman növlərində iştirakını qadağan edəcəyini deyib.

“Tramp administrasiyası şəraitində yalnız iki cins, kişi və qadın cinsinin olması ABŞ hökumətinin rəsmi siyasəti olacaq” – Tramp qeyd edib.

Oxşar