Donald Tramp prezident seçilməsi halında Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyini bildirir

11:49, 24.10.2024

 
Donald Tramp prezident seçilməsi halında Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyini bildirir.

Bu haqda ABŞ prezidentliyinə namizəd sosial şəbəkədə yazıb.

Donald Tramp, Kamala Harrisin ABŞ prezidenti olacağı təqdirdə, bütün dünyada xristianların təhlükəsizlikdə olmayacağını bildirib.

“120.000 erməni xristianı dəhşətli şəkildə təqib edəndə və Artsaxdan məcburi köçürəndə Kamala Harris heç nə etmədi. Kamala Harris ABŞ prezidenti olsa, bütün dünyada xristianlar təhlükəsizlikdə olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün işləyəcəyəm və biz Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyik” – Donald Tramp bildirib.

Oxşar