ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünü ləğv etdiyini bildirib.
“Prezident Putinlə görüşü ləğv etdik. Bu, sadəcə olaraq, düzgün görünmədi, ona görə ləğv etdim, lakin bunu gələcəkdə edəcəyik” – Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı deyib.
Bununla yanaşı, Tramp ABŞ-nin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalardan da danışıb.
“Bunlar çox böyük sanksiyalardır. Onların iki böyük neft şirkətinə qarşı yönəlib və ümid edirik ki, onlar uzunmüddət fəaliyyət göstərə bilməyəcəklər. Ümid edirik ki, müharibə bitəcək. Düşünürəm ki, hər iki tərəf indi sülh istəyir” – Tramp qeyd edib.