Donald Tramp – Prezident Putinə təşəkkür edirəm, bizə böyük həcmdə neft daxil olur, özü də dizel – məhz ehtiyacımız olan şey

13:32, 10.10.2026

 

Səmimi desəm, Prezident Putinə təşəkkür etmək istəyirəm. Bizə böyük həcmdə neft daxil olur – bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

Tramp, ABŞ-nin dizel almaq istədiyini bildirib.

“Düşünürəm ki, Rusiya ilə neftlə bağlı razılaşma barədə eşitmisiniz. Bu, mühüm sövdələşmədir. Ölkəmizə böyük həcmdə neft daxil olur. Səmimi desəm, Prezident Putinə təşəkkür etmək istəyirəm. Bizə böyük həcmdə neft daxil olur, özü də dizel. Bu, məhz istədiyimiz şeydir” – Donald Tramp qeyd edib.

Jurnalist Trampa Prezident Zelenskinin “son razılaşma güclü tərəfdaşın zəif addımıdır və bu, yalnız müharibəni uzadacaq” bəyanatı barədə sual verib, buna cavab olaraq Tramp deyib: “Bəli, biz güclü tərəfdaşıq. İndi dünya üçün bizə neft lazımdır. Və bu, dizeldir – məhz ehtiyacımız olan şey. Odur ki, onu almağımıza çox şadıq. Görürsünüz ki, neft qiymətləri çox sürətlə düşür, ona görə də onu almağımızdan çox məmnunuq”.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə uğurlu danışıqlardan sonra Rusiyanın ABŞ-a və qlobal bazara 1.8 milyon ton dizel yanacağı tədarük edəcəyini açıqlamışdı.

Oxşar