Donald Tramp prezident olduqdan sonra ilk xarici liderlə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohamed bin Salmanla danışıb

15:40, 23.01.2025
PX3G01 Washington, District of Columbia, USA. 14th Mar, 2017. United States President Donald Trump (R) meets with Mohammed bin Salman, Deputy Crown Prince and Minister of Defense of the Kingdom of Saudi Arabia, in the Oval Office at the White House, March 14, 2017 in Washington, DC. Credit: Mark Wilson/CNP/ZUMA Wire/Alamy Live News

Donald Tramp prezident olduqdan sonra ilk xarici liderlə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohamed bin Salmanla danışıb. Səudiyyə Ərəbistanı mediasının məlumatına əsasən, liderlər əsas regional məsələləri və investisiya imkanlarını müzakirə ediblər.

Mohamed bin Salman Donald Trampa bildirib ki, Səudiyyə Ərəbistanı növbəti 4 il ərzində ABŞ-a 600 milyard dollar sərmayə qoymaq istəyir. Həmçinin, Salman Trampın iqtisadi siyasətinə etimad etdiyini bildirib və bunun hər iki ölkənin rifahı üçün tarixi fürsət olduğunu xüsusilə qeyd edib.

Tramp andiçmə mərasimindən sonra qeyd edib ki, Ər-Riyad 500 milyard dollarlıq Amerika məhsulu almağa razı olarsa, xarici səfər üçün Səudiyyə Ərəbistanını özünün ilk təyinat yeri kimi nəzərdən keçirəcək.

Medianın yazdığı kimi, Tramp ilk prezidentlik mandatı dövründə Səudiyyə Ərəbistanı da daxil olmaqla Fars körfəzi ölkələri ilə sıx əlaqələri təşviq edib. Medianın məlumatına əsasən, Səudiyyə Ərəbistanı Trampın kürəkəni və keçmiş köməkçisi Cared Kuşnerin Trampın vəzifəsindən getməsindən sonra yaratdığı şirkətə 2 milyard dollar sərmayə qoyub.

Oxşar