Donald Tramp polad və alüminium idxalına yeni 25%-lik rüsumlar tətbiq edəcəyini bildirir
ABŞ-nin Prezidenti Donald Tramp polad və alüminium idxalına yeni 25%-lik rüsumlar tətbiq edəcəyini bildirib.
“Amerika Birləşmiş Ştatlarına daxil olan hər bir polad üçün 25%-lik rüsum tətbiq olunacaq” – Tramp bildirib.
Jurnalistin bunun Kanada və Meksikaya da şamil olub-olmayacağı ilə bağlı sualına Tramp müsbət cavab verib.
Jurnalistlərlə danışarkən ABŞ-nin Prezidenti qeyd edib ki, növbəti günlərdə ikitərəfli rüsumları da açıqlayacaq və bu rüsumlar demək olar ki, dərhal qüvvəyə minəcək.
“Bu, çox sadədir – əgər onlar bizə vergi tətbiq etsələr, biz də onlara tətbiq edəcəyik” – Tramp ikitərəfli rüsum planı haqda danışarkən bildirib.
Prezidentliyinin birinci müddətində Tramp polad üçün 25%-lik və alüminium üçün 10%-lik rüsumlar tətbiq etdi, lakin sonradan Kanada, Meksika və Braziliya da daxil olmaqla bir neçə ticarət tərəfdaşına kvotalar verdi, bu kvotalar çərçivəsində də bu ölkələrdən polad və alüminium üçün vergi tutulmayacaqdı. Sabiq prezident Co Bayden bu kvotaları Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına da şamil etdi.
Hökumət və Amerikanın Dəmir və Polad İnstitutunun göstəricilərinə əsasən, ABŞ-a ən böyük polad idxal mənbələri Kanada, Braziliya və Meksikadır, Cənubi Koreya və Vyetnam onları müşaiyət edir.