Donald Tramp “özünü deportasiya etmək proqramı” çərçivəsində miqrantlara pul yardımı təklif etməyi planlaşdırdığını bildirir
ABŞ Prezidenti Donald Tramp ölkədə qeyri-qanuni olan miqrantların könüllü şəkildə ölkədən getməsi üçün pul yardımı təklif edəcək yeni proqramı təqdim etməyi planlaşdırdığını bildirir.
Tramp bəyan edib ki, bu cür “özünü deportasiya etmək proqramı” müəyyən maliyyə yardımını və sonradan ölkəyə qanuni şəkildə qayıtmaq imkanını əhatə edir.
“Biz onlara təqaüd verəcəyik. Onlara müəyyən məbləğdə pul və təyyarə bileti verəcəyik, sonra isə onlarla əməkdaşlıq edəcəyik. Əgər onlar yaxşıdılarsa, onları geri qaytarmaq istəsək, mümkün qədər tez geri qaytarmaq üçün onlarla işləyəcəyik” – Tramp bildirib.
Bundan əvvəl Donald Tramp administrasiyası ABŞ-da qeyri-qanuni olan miqrantlara saxlanılıb deportasiya edilmək əvəzinə “özünü deportasiya etməyə” imkan verən yeni tətbiq təqdim etdi.