Donald Tramp onun prezidentliyi dövründə Vladimer Putinin Ukraynanı istila etmək istədiyini, lakin onu fikrindən daşındırdığını bildirir

12:20, 15.10.2024

 
ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizəd Donald Tramp onun prezidentliyi dövründə Rusiyanın Prezidenti Vladimer Putinin Ukraynanı istila etmək istədiyini, lakin onu fikrindən daşındırdığını bildirir.

ABŞ prezidentliyinə namizəd Donald Tramp Şərqi Pensilvaniya ştatının Ouks şəhər meriyasının binasında çıxışı zamanı bildirib ki, Putin yalnız indiki prezident Co Baydenə görə Ukraynanı istila etmək qərarını verib.

“O, bu haqda danışırdı, lakin mən ona dedim: “Sən daxil olmayacaqsan” – Donald Tramp qeyd edib.

Tramp, Vladimer Putin və Ukraynanın Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətlərinin olduğunu və rəsmi olaraq prezident seçilənə qədər Şərqi Avropada müharibəyə son qoyacağını deyib.

“Bayden bununla bağlı heç nə etməyib. O, bir ildən artıqdır ki, Putinlə heç danışmayıb da. Bu, bitməli olan müharibədir və mən bu müharibənin bitməsini planlaşdırıram. İnsanların öldürülməsinə son qoyulmasını istəyirəm. Hamısı budur” – Donald Tramp bildirib.

Oxşar