Donald Tramp, onun administrasiyasının Ukrayna və Rusiya arasında davam edən müharibəni bitirməyə çalışdığını bildirir

22:26, 01.05.2025

 

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən Milli Dua Günü ilə bağlı tədbirdə Ukraynada davam edən müharibədən danışıb.

Tramp, Ukrayna və Rusiya arasında davam edən müharibənin dəhşət olduğunu və onun administrasiyasının bu münaqişəni bitirməyə çalışdığını deyib.

ABŞ Prezidenti tədbirin iştirakçılarından hər iki ölkədə bu müharibədə yaxınlarını itirən ailələr haqqında düşünməyi xahiş edib. Donald Trampın bəyanatına əsasən, prezident olsaydı, müharibə başlamazdı.

Tramp çıxışı zamanı “CBS News”un məlumatına əsasən vəzifəsindən gedən Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsdan bəhs etməyib.

Oxşar