Donald Tramp onun administrasiyasının bəd əməlin istintaqı və nəticələrinin aradan qaldırılması prosesində Nyu Orleanı tam dəstəkləyəcəyini bildirir
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Nyu Orleanda baş vermiş hücuma münasibət bildirir və bunun bəd əməl olduğunu deyir.
Sosial şəbəkədə yayılmış bəyanatda Donald Tramp onun administrasiyasının bəd əməlin istintaqı və nəticələrinin aradan qaldırılması prosesində Nyu Orleanı tam dəstəkləyəcəyini yazır.
“Mən ölkəyə gələn cinayətkarların ölkəmizdəki cinayətkarlardan qat-qat betər olduğunu deyəndə, bu bəyanat demokratlar və saxta media tərəfindən daim təkzib edilirdi, lakin həqiqət olduğu ortaya çıxdı” – Tramp hücumçunun ABŞ-da anadan olduğu üzə çıxmazdan əvvəl yazırdı.
ABŞ-da Nyu Orleanın fransız kvartalında Burbon küçəsində yük avtomobilinin izdihamın üzərinə sürülməsi nəticəsində azı 10 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.