Donald Tramp - Oman hamı kimi davranacaq, əks təqdirdə onları partlatmalı olacağıq
Oman hamı kimi davranacaq, əks təqdirdə onları partlatmalı olacağıq – bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp bu şərhi, İrana və Omana Hörmüz boğazı üzərində birgə nəzarət imkanı verən razılaşmaya razı olub-olmayacağı barədə verilən sualdan sonra verib.
ABŞ Prezidentinin hökumət kabinetinin iclasında dediyi kimi, boğaz hamı üçün açıq olmalıdır və heç bir ölkə ona nəzarət edə bilməməlidir. Lakin, eyni zamanda ABŞ-nin ona “nəzarət edəcəyini” qeyd edib.
“Boğaz hamı üçün açıq olacaq. Ona heç kim nəzarət etməyəcək. Biz ona nəzarət edəcəyik, lakin heç kim onu öz nəzarətinə götürməyəcək. Bu, danışıqlarımızın bir hissəsidir. Onlar ona nəzarət etmək istəyirlər. Bu beynəlxalq sulardır və Oman hamı kimi davranacaq, əks təqdirdə onları partlatmalı olacağıq. Onlar bunu başa düşürlər. Onlar yaxşı olacaqlar” — Tramp qeyd edib.