Donald Tramp - Ölkənin lideri mənə Ermənistanda yolların Vaşinqtondan daha yaxşı olduğunu dedi, belə ki, biz çox qısa müddətdə Vaşinqtonu səliqəli, təhlükəsiz və gözəl edəcəyik
Donald Tramp - Ölkənin lideri mənə Ermənistanda yolların Vaşinqtondan daha yaxşı olduğunu dedi, belə ki, biz çox qısa müddətdə Vaşinqtonu səliqəli, təhlükəsiz və gözəl edəcəyik

 

ABŞ Prezidenti Donald Tramp Vaşinqton haqqında danışarkən Ermənistanın Baş nazirinin Ermənistanda yolların Vaşinqtondan daha yaxşı olması barədə sözlərini yada salıb. Tramp bu haqda jurnalistlərlə söhbəti zamanı qeyd edib.

Trampın sözlərinə əsasən, Vaşinqtonda mərkəzi meydanlar səliqəli deyil və müxtəlif ölkələrdən dünya liderləri ora gəlirlər.

“Ermənistanla Azərbaycan arasında indilərdə bitirdiyimiz müharibəni xatırlayırsınız. İki lider buraya gəldi. Onlardan biri mənə dedi ki, ölkəsi daha yaxşı görünür, yollar daha yaxşıdır və mən onlardan buralar haqqında nə düşündüklərini soruşdum. O, Ermənistanda yolların Vaşinqtondan daha yaxşı olduğunu dedi. Bu, utancvericidir. Əvvəlki mətbuat konfransında məndən soruşdular ki, dünyada sülhü bərqərar edirik, cümə günü Alyaskada prezident Putinlə görüşürsünüz və bu nə dərəcədə vacibdir? Vacib olan paytaxtdır. Mən cavab verdim ki, paytaxt çox, çox vacibdir. Əgər o, çirkli və təhlükəsiz deyilsə, bu, geridə qalan dünya üçün pis tondur. Belə ki, biz çox qısa müddətdə bu paytaxtı səliqəli, təhlükəsiz, təmiz və gözəl edəcəyik” – Tramp qeyd edib.