Donald Tramp ölkələri bir daha səhv salıb və Kamboca-Ermənistan müharibəsini dayandırdığını bildirib
Donald Tramp ölkələri bir daha səhv salıb və Kamboca-Ermənistan müharibəsini dayandırdığını bildirib

 

ABŞ Prezidenti Donald Tramp ölkələri bir daha səhv salıb və Kamboca-Ermənistan müharibəsini dayandırdığını bildirib.

Trampın çıxışında qeyd etdiyi kimi, Kamboca ilə Ermənistan arasında müharibənin başa çatması onun sayəsində olub.

Tramp münaqişənin dəhşətli nəticələr ilə müşaiyət oluna biləcəyini deyib.

“Bizim Kamboca, Ermənistanımız var. Kosovo, Serbiya, İsrail, İran, Misir, Efiopiyamız var. Bu gözəldir. Onlar dünyada ən böyük bənd olan Efiopiyadakı o kiçik bəndi tikiblər” – Tramp bildirib.

Donald Tramp əvvəllər də dəfələrlə səhv salıb və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi haqqında danışarkən Ermənistan əvəzinə Albaniyanın adını çəkib.

Məlumat üçün bildirək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tranzit dəhlizinin yaradılmasını ehtiva edən razılaşma imzalayıblar. Razılaşma “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanır.