Donald Tramp - Ola bilsin, "Tomahawk"lar haqqında Rusiya ilə danışmalı olum, ola bilsin, Putinə deyim, əgər bu müharibə həll olunmasa, "Tomahawk"ları Ukraynaya göndərəcəm, Rusiyaya bu lazım deyil
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə çox yaxşı söhbət apardığını bildirir və silah tədarükü məsələsində onun yanaşmasının Bayden administrasiyasından necə fərqləndiyini qeyd edir.
“Biz birbaşa Ukraynaya heç bir silah göndərmirik. Onları NATO-ya göndəririk və NATO ödəniş edir, bu isə Bayden və Tramp arasında böyük fərqdir, çünki Bayden onlara 350 milyard dollar verdi və biz heç nə verməmişik, lakin onlara hörmət etdik və bir neçə başqa şey, açıq desək. Onların daha çox silaha ehtiyacı var. Ümid edirik ki, onları tədarük edə biləcəyik. Bizim ölkəmizin də silaha ehtiyacı var. Biz özümüzdə qalmayacaq qədər silah verə bilmərik. Heç vaxt nə baş verəcəyini bilmirsən” – Donald Tramp jurnalistlərlə söhbəti əsnasında qeyd edib.
Donald Tramp təsdiqləyib ki, Ukrayna “Patriot” və “Tomahawk” tipli raketlər tələb edir, lakin ABŞ Prezidenti “Tomahawk”ların tədarükünün Rusiya ilə məsləhətləşmə tələb edəcəyini qeyd edib.
“Onların “Patriot”lara ehtiyacı var. Onlar “Tomahawk” istəyirlər. Ola bilsin, “Tomahawk”lar haqqında Rusiya ilə danışmalı olum. Onlar “Tomahawk”ların öz istiqamətlərində olmasını istəyirlər? Zənn etmirəm. Düşünürəm ki, ola bilsin, bu barədə Rusiya ilə danışım” – Tramp bildirib.
ABŞ Prezidenti izah edib ki, “Tomahawk” tipli raketləri ola bilsin danışıqlar vasitəsi kimi istifadə etsin.
“Ola bilsin, Putinə deyim: “Əgər bu müharibə həll olunmasa, mən onlara “Tomahawk”ları göndərəcəm. “Tomahawk” inanılmaz silahdır. Rusiyaya bu lazım deyil” – ABŞ Prezidenti izah edib.