Donald Tramp ola bilsin, cümə axşamı “TikTok”la bağlı Çinlə yekun razılaşma imzalayacağını bildirir

12:27, 27.10.2025

 

ABŞ və Çin ticarət razılaşmasına nail olacaqlar – bu haqda ABŞ Prezidenti Donald Tramp “Air Force One”ın göyərtəsində jurnalistlərlə söhbəti əsnasında deyib.

Tramp bildirib ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində bu həftə Cənubi Koreyada Çin Prezidenti Si Dzinpinlə görüşəcək.

“Prezident Si Dzinpinə böyük hörmətim var və düşünürəm ki, razılaşmaya nail olacağıq” – Tramp bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti ola bilsin, cümə axşamı “TikTok”la bağlı Çinlə yekun razılaşma imzalayacağını qeyd edib.

Oxşar