Donald Tramp - Ola bilsin, İrana daha bir böyük zərbə endirək, dünən zərbəyə bir saat qalmış qərarımı dəyişdim
Donald Tramp - Ola bilsin, İrana daha bir böyük zərbə endirək, dünən zərbəyə bir saat qalmış qərarımı dəyişdim

 

Ola bilsin, İrana daha bir böyük zərbə endirək, dünən zərbəyə bir saat qalmış qərarımı dəyişdim – bu haqda Donald Tramp Vaşinqtonda deyib.

Onun sözlərinə əsasən, o, İranın nüvə silahına sahib olmasına icazə verməyəcək.

“Onlar razılaşma bağlanılmasını istəyirlər, lakin ola bilsin, daha bir güclü zərbə endirək. Hələlik bundan əmin deyiləm, çox tezliklə biləcəyik” – o, bildirib.

Trampın sözlərinə əsasən, o, İranla danışıqlar zamanı Fars körfəzi ölkələri ilə əməkdaşlıq edir.

Ağ Evin lideri demokratları İranla danışıqları pozmaqda günahlandırır.