Donald Tramp – Ola bilsin, Çinə gedim, amma bu yalnız Si Tszinpinin dəvəti ilə olar, hansı ki, artıq göndərilib – əks halda heç bir marağım yoxdur
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Çinə yalnız Çin prezidenti Si Tszinpinin onu dəvət etməsi halında səfər edəcək. Bu barədə Tramp “Truth Social” platformasında yazıb.
“Saxta xəbərlər yazırlar ki, guya mən Çin prezidenti Si Tszinpin ilə “sammit” istəyirəm. Bu, yalandır – mən heç nə istəmirəm! Ola bilsin, Çinə gedim, amma bu yalnız prezident Si-nin dəvəti ilə olar, hansı ki, artıq göndərilib. Əks halda mənim bu məsələyə heç bir marağım yoxdur! Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm,” – deyə Tramp bildirib.