Donald Tramp - Obamanın verdiyi Krım geri qayıda bilməz və Ukrayna NATO-ya daxil ola bilməyəcək, bəzi şeylər heç vaxt dəyişmir
Donald Tramp - Obamanın verdiyi Krım geri qayıda bilməz və Ukrayna NATO-ya daxil ola bilməyəcək, bəzi şeylər heç vaxt dəyişmir

 

Obamanın verdiyi Krım geri qayıda bilməz və Ukrayna NATO-ya daxil ola bilməyəcək, bəzi şeylər heç vaxt dəyişmir – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.

“Ukrayna Prezidenti Zelenski əgər istəsə, Rusiya ilə müharibəni demək olar ki, dərhal bitirə bilər, ya da mübarizəni davam etdirə bilər.

Bütün bunların necə başladığını yadınıza salın. Obamanın verdiyi (12 il əvvəl, bir güllə belə atmadan!) Krım geri qayıda bilməz və Ukrayna NATO-ya daxil ola bilməyəcək. Bəzi şeylər heç vaxt dəyişmir!” – Donald Tramp yazır.