Donald Tramp Nyu-Meksiko ştatının adının „Yeni Amerika“ adlandırılmasını təklif edib

10:18, 07.09.2026

ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının „Yeni Amerika“ olaraq dəyişdirilməsini təklif edib.
Donald Tramp sosial şəbəkədəki paylaşımında ştatı seçkilərin saxtalaşdırılması baxımından „ən seçilənlərdən biri“ kimi qiymətləndirib və onun adının dəyişdirilməsinin „daha nüfuzlu və gözəl“ olacağını bildirib.

„Bir çox insan bizə Nyu-Meksikonun adını dəyişdirərək „Yeni Amerika“ qoymağı təklif edib. Bu, potensial olaraq möhtəşəm olan bu ştatın sakinləri üçün daha nüfuzlu və gözəl addır. Vau, bu fikir mənim çox xoşuma gəlir“, – deyə Tramp yazıb.

Tramp paylaşımına süni intellektlə hazırlanmış video da əlavə edib. Videoda Nyu-Meksiko adı „Yeni Amerika“ ilə əvəzlənib.

Oxşar