Donald Tramp - Niyə "ABC" və "NBC FAKE NEWS" lisenziya üçün ödəmirlər? onların lisenziyaları əlindən alınmalıdır, fırıldaqçı "jurnalistika" mükafatlandırılmamalı, o dayandırılmalıdır
Donald Tramp - Niyə "ABC" və "NBC FAKE NEWS" lisenziya üçün ödəmirlər? onların lisenziyaları əlindən alınmalıdır, fırıldaqçı "jurnalistika" mükafatlandırılmamalı, o dayandırılmalıdır

 

Fırıldaqçı “jurnalistika” mükafatlandırılmamalı, o dayandırılmalıdır – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.

O bildirib ki, bəzi telekanalların “Respublikaçılar və/yaxud mühafizəkarları ədalətsiz şəkildə işıqlandırdıqlarına görə lisenziyaları əlindən alınmalıdır”.

“Niyə “ABC” və “NBC FAKE NEWS”, dünyanın ən pis və qərəzli iki telekanalı lisenziya üçün ildə milyonlarla dollar ödəmir? Respublikaçılar və/yaxud mühafizəkarları ədalətsiz şəkildə işıqlandırdıqlarına görə lisenziyaları əlindən alınmalıdır, lakin ən azından, istənilən yerdə və istənilən vaxt ən dəyərli efirdən istifadə etmək imtiyazına malik olduqlarına görə böyük məbləğ ödəməlidirlər. Fırıldaqçı “jurnalistika” mükafatlandırılmamalı, o dayandırılmalıdır” – Donald Tramp yazır.