ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyana şəxsi yazısı olan hədiyyə göndərib.
Yayılmış məlumata əsasən, Ermənistanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Narek Mkrtçyan Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.
Səfir Narek Mkrtçyan ABŞ Prezidentinə “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün ardıcıl səyinə”, eləcə də “avqustun 8-də Ağ Evdə imzalanmış tarixi müqaviləyə” görə təşəkkür edib.
Medianın məlumatına əsasən, Donald Tramp öz növbəsində erməni xalqının davamlı sülhə layiq olduğunu bildirib və sülh prosesinə qətiyyətli dəstəyini bir daha təsdiqləyib. Həmçinin, prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanın liderliyini və sülh prosesinin irəliləməsindəki mühüm rolunu vurğulayıb.